Modern.az

Neft bir qədər də ucuzlaşdı

Neft bir qədər də ucuzlaşdı

Aktual

1 Dekabr 2017, 23:20

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 30-da 64,49 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,01 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 30-da 63,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,01 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 30-da 60,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 30-da 63,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,05 dollar/barel azdır.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?