Modern.az

Oğurlanmış  qızılın bir hissəsi tapıldı

Oğurlanmış  qızılın bir hissəsi tapıldı

Aktual

2 Dekabr 2017, 11:51

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, cari il noyabrın 27-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən İmişli RPŞ-yə rayon sakini Qorxmaz Şirinova məxsus mənzildən 4 min manat dəyərində qızıl-zinət əşyalarının və 1500 ABŞ dollarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən  rayon sakini Cahid Quliyev və həmyerlisi Bəhruz Musayev saxlanılıblar.

RPŞ-də aparılan araşdırmalar zamanı hər iki şəxs törətdikləri əməli etiraf ediblər. Ətraflarında aparılan tədbirlərlə onların oğurladıqları qızıl-zinət əşyalarının müəyyən qismini  Bakıda satdıqları məlum olub.

Özlərində saxladıqları qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?