Modern.az

Bakı metrosunda cibgir tutuldu - FOTO

Bakı metrosunda cibgir tutuldu - FOTO

Aktual

2 Dekabr 2017, 16:46

Bakı Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cibgirliklə məşğul olan şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbiri keçirilib.

Bu barədə Daxili  İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a məlumat verilib.

Belə ki, Bakı şəhər sakini Rəna Hacıyevanın, Neftçala rayon sakini Səid Qurbanovun və bir əcnəbi vətəndaşın Metropolitendə Polis Şöbəsinə mobil telefonlarının oğurlanması barədə müraciətləri əsasında başlanan əməliyyat-axtarış tədbirləri ilə bu cinayəti törətməkdə şübhəli bilinən şəxs dekabrın 1-də metronun “Elmlər Akademiyası” stansiyasında saxlanılıb.

Araşdırmalarla paytaxt sakini, əvvəllər məhkum olunmuş İlham Axundovun noyabrın 24-dən dekabrın 1-dək olan müddətdə metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə “Samsung”, “Samsung Galaxy Note5” və “İphone-6S” markalı 3 mobil telefonu oğurlaması müəyyən edilib.

Baxış zamanı onun üzərindən maddi sübut kimi götürülmüş “İphone-6S” markalı mobil telefonun əcnəbi vətəndaşa məxsus olduğu üzə çıxıb.

Faktla bağlı Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

İ.Axundovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?