Modern.az

Tibbi zəlilərin nəsli kəsilə bilər - Video

Tibbi zəlilərin nəsli kəsilə bilər - Video

Aktual

2 Dekabr 2017, 22:07

Azərbaycanda tibbi zəlilərin nəsli kəsilə bilər. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, ölkədə tibbi zəli əsasən cənub bölgəsinin rayonlarından toplanır.

 

Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Şahvələd Əliyevin sözlərinə görə, belə zəlilər brakonyerlər tərəfindən kortəbii şəkildə ovlanır. Zəlilərin kütləvi şəkildə yığılması onların tükənməsi ilə nəticələnə bilər.

 

Biologiya elmləri namizədi Şahvələd Əliyev bildirir ki, göllərdən toplanan zəliləri birbaşa istifadə etmək məsləhət deyil. Çünki həmin zəlilər müxtəlif yoluxucu xəstəliklərin daşıyıcısı ola bilər. İstifadə zamanı da insanda alergik reaksiyalar və şişlər əmələ gələ bilər. Zəli bir neçə gün təmiz suda saxlanıldıqdan və mədə-bağırsağı yuyulduqdan sonra istifadə edilməlidir. Toplanan zəlilərin əksəriyyəti apteklərə satılır. Apteklərdəki zəlilərin də xeyli hissəsi steril olmur. Qablarda da normadan 10 dəfə artıq zəli saxlanılır.

 

Şahvələd Əliyev deyir ki, zəlilərin olduğu göllərə nəzarəti gücləndirməklə onların tükənməsinin qarşısını almaq olar.

 

Biofabriklərdə zəliləri qaydalara uyğun şəkildə artırmaq da mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?