Modern.az

Salyanda yanğın: 2 uşaq öldü

Salyanda yanğın: 2 uşaq öldü

3 Dekabr 2017, 11:23

Salyanda baş verən yanğında 2 azyaşlı ölüb

 

Bu gün səhər saatlarında Salyan rayonu Şorsulu kənd sakini, Bəhrəmli Mübariz Novruz oğluna məxsus evdə yanğın baş verib.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, yanğın nəticəsində 2 azyaşlı - 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə və onun bacısı 2013-cü il təvəllüdlü Ceyranxanım yanaraq ölüblər.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?