Modern.az

Azərbaycan ilk dəfədir bu konfransa qatıldı

Azərbaycan ilk dəfədir bu konfransa qatıldı

3 Dekabr 2017, 11:38

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov 4-cü  Dünya İnternet Konfransında iştirak edir.

Konfrans Çin Xalq Respublikasının  Vuzhen şəhərində keçirilir.

Modern.az xəbər verir ki, Fuad Muradov “Açıqlıq və ümumi fayda naminə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi” sahəsi üzrə “Azərbaycanda İnformasiya texnologiyalarının inkişaf perspektivləri” mövzusunda əsas məruzəçilərdəndir.

Ümumilikdə tədbirdə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, kiberməkanda birgə gələcək cəmiyyətinin qurulması, yetkinlik yaşına çatmayan internet istifadəçilərinin hüquqlarının qorunması, elektron xidmət növlərinin faydaları barədə məsələlər müzakirə olunacaq.

F.Muradov müzakirəyə çıxarılan məsələlərlə bağlı da  öz fikirlərini açıqlayacaq, ölkəmizin bu sahədə əldə etdiyi təcrübə barədə məlumat verəcək.


Öz tvitter səhifəsində komitə sədri bildirib ki, bu böyük və olduqca əhəmiyyətli konfransda  Azərbaycan ilk dəfədir ki, təmsil olunur. Konfransa 70 ölkədən nümayəndələr qatılıb.

Ölkəmizi 4-cü  Dünya İnternet Konfransında təmsil edən komitə sədri dekabrın  6-da Vətənə dönəcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?