Modern.az

Birilərinin əli, qolu, gözü olun - Bu gün Onların gündür

Birilərinin əli, qolu, gözü olun - Bu gün Onların gündür

3 Dekabr 2017, 15:05

Bu gün Beynəlxalq Əlillər Günüdür. 1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edib. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.

 

Modern.az-ın məlumatna görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı Azərbaycanın BMT Konvensiyasının icrası üzrə öhdəlikləri, nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda keçirilən Bakı konfransında Azərbaycandakı əhalinin 6% -nin sağlamlıq imkanlarının məhdud olduğunu bildirib. Nazir qeyd edib ki, ölkədə əlillərin çoxu Qarabağ münaqişəsi zamanı xəsarət alan insanlardır:

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, ölkədə 570 min nəfər əlilliyi olan şəxs var:

 

“Onlardan 350 minə yaxını çalışmaq yaxşında olsa da, onlardanyalnız 60 mini çalışır. İnkişaf etmiş ölkələrdə əmək qabiliyyəti yaşında olan əlillərin 40%-i işləyir. Azərbaycanda bu 11-12%-dir. Bəzi obyektiv səbəblərə görə biznes mühiti bu cür vətəndaşlara çox əlverişli deyil. Vəziyyətdən çıxış yolu ixtisaslaşmış müəssisələrin yaradılması ola bilərdi, ancaq təəssüf ki, ölkədə bu, mövcud deyil”.

 

S.Məmmədov deyib ki, bizdə yalnız dörd məktəbdə inklüziv təhsil sistemi fəaliyyət göstərir:

“Bu, Nərimanov rayonunda 202 saylı məktəb, Nizami rayonunda 220, Xətai rayonunda 138 saylı məktəblər və Sabunçu rayonundakı 252 saylı məktəb-liseydir”.

O qeyd edib ki, Azərbaycanda 65 min nəfərə yaxın əlil uşaq var, ancaq cəmi 288 uşaq inklüziv sistemlə əhatə olunub:

“Əlilliyi olan bəzi uşaqlar evdə, bəziləri xüsusi internat məktəblərində təhsil alır. Lakin 65 min uşağın hamısı təhsillə əhatə olunmayıb. Əslində bu uşaqların təxminən 30 mini tədrisə cəlb edilib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?