İranda zəlzələ qurbanlarının sayı artıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, İranın qərbində baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 521 nəfərə çatıb. Həyatını itirənlərdən 460 nəfəri İraqla sərhəddə yerləşən Sere-Pole-Zohab şəhərinin sakinləri olub.
Qeyd edək ki, İranın Kirmanşah əyalətində 7,2 bal gücündə güclü zəlzələ baş verib. Bundan əvvəl ölənlərin sayının 505, zərərçəkənlərin isə 12 min nəfər olduğu bildirilirdi.