Modern.az

Tacikistan sərhəddində polkovnik öldürüldü

Tacikistan sərhəddində polkovnik öldürüldü

Aktual

4 Dekabr 2017, 00:00

Əfqanıstanın Tacikistanla sərhədində atışma olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 12 narkotik qaçaqmalçısı Tacikistanın Əfqanıstan ilə sərhədində yerləşən “Baxorak” keçid məntəqəsinə daxil olmağa cəhd edib.

 

Tacikistan Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, təhlükəsizlik qüvvələri ilə atışmada sərhəd dəstəsinin komandiri, polkovnik Xayriddin Axtamov həlak olub. Daha dörd nəfər isə yaralanıb.

 

Tacikistan Təhlükəsizlik Qüvvələrinin cavab atəşi ilə üç sərhəd pozucusu zərərsizləşdirilib. Hadisə yerində xeyli silah və 33 kiloqram narkotik götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?