Modern.az

Gənclərə hərbi vətənpərvərlik tərbiyəsi aşılanıb  

Gənclərə hərbi vətənpərvərlik tərbiyəsi aşılanıb   

Aktual

4 Dekabr 2017, 11:10

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində  gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev, təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan gənclər, orta məktəblərin yuxarı sinif şagirdləri,  “N” saylı  hərbi hissənin əsgərləri, Qarabağ müharibəsi veteranları və ziyalılar iştirak ediblər.


İcra başçısı Alı Alıyev tədbirdə bildirib ki, cəbhə bölgəsində  yerləşən Füzuli rayonunda da gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində ciddi işlər görülür. Orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları ilə görüşlər təşkil olunur.

Alı Alıyev qeyd edib ki, rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin nəticəsidir ki, Füzuli rayonunda həqiqi hərbi xidmətə çağırış yüksək səviyyədə həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, hərbidən yayınma və fərarilik halları mövcud deyil. Alı Alıyev gənclərə ölkəmizi sevməyi , vətənin adını daim uca tutmağı,  vətənpərvər gənclər kimi yetişməyi tövsiyyə edib.  

Digər çıxış edənlər rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında görülən işlərdən , həyata keçirilən tədbirlərdən danışmışlar. Sonda bir qrup gəncə fəxri fərmanlar təqdim edilib.

     

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?