Modern.az

Bakıda yanğın – 34 nəfər təxliyə edildi

Bakıda yanğın – 34 nəfər təxliyə edildi

Aktual

4 Dekabr 2017, 11:54

Bakıda yaşayış binasında yanğın olub, 34 nəfər təxliyə edilib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a  verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 196 ünvanda 17 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinədək şaxtadan keçən elektrik kabelləri 50 p.m yanıb.

 

Yanğın zamanı tüstülənmiş mənzillərdən 34 nəfər təxliyə edilib. Təxliyə edilən şəxslərdən ikisi tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?