Modern.az

15 rayonda 27 kəndin adı dəyişdirilir  

15 rayonda 27 kəndin adı dəyişdirilir   

Aktual

4 Dekabr 2017, 15:31

Bu gün Milli Məclisin Toponomiya Komissiyasının növbəti iclası keçiriləcək.

Modern.az-ın əldə etdiyi məlumatına görə, islasda Azərbaycanın 15 rayonunda 27 kəndinin adının dəyişdirilməsi ilə bağlı məsələlərə baxılacaq.

Bu rayonlar sırasına Yevlax, Xızı, Oğuz, Şəmkir və digərləri daxildir.

Toponomiya Komissiyasının iclasında kəndlərin adının müzakirəyə çıxarılmasına səbəb onların sovet ideologiyası ilə bağlı olmasıdır. Yeni adlar müəyyənləşdirilərkən həmin kəndlərin tarixi mənbələrdəki əsl adı axtarılaraq, bərpa ediləcək.  Həmçinin, axtarış zamanı tarixi mənbələrdə həmin yerin adı olmasa, o yaşayış məntəqəsinin yerləşdiyi toponominin adı həmin kəndin adı kimi tövsiyə olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?