Şimali Koreyanın keçirdiyi raket sınaqları bütün ölkələrin təhlükə altında olduğunu göstərir.
Modern.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq məlumat verib.
“Ötən həftə baş tutan qitələrarası ballistik raket sınağı bütün ölkələrin bu təhlükə ilə üzləşə biləcəyini göstərdi” – deyə Stoltenberq deyib.
Onun sözlərinə görə, bütün dünya Şimali Koreyaya maksimum təzyiq göstərməlidir.