Modern.az

Bu il 412 çoxmərtəbəli binaya təbii qaz verilib

Bu il 412 çoxmərtəbəli binaya təbii qaz verilib

Aktual

4 Dekabr 2017, 16:42

Bu il 412 çoxmərtəbəli binaya təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, İB çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, bu ilin yanvar-noyabr ayları ərzində birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 412 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə 18 min 477 mənzili əhatə edir.

Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?