Modern.az

Azərbaycan millisi Rusiyaya uduzdu

Azərbaycan millisi Rusiyaya uduzdu

Aktual

4 Dekabr 2017, 20:29

İranın İsfahan şəhərində təşkil olunan “4 Top Nations” turnirində iştirak edən futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Modern.az AFFA-ya istinadən xəbər verir ki, Rusiya yığması ilə qarşılaşan komandamız 3:4 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Kardosa Everton, Karvalho dos Santos və Villiams Oliveira do Nascimento fərqlənib.

 

Aktivində 1 xal olan millimiz növbəti oyununu dekabrın 6-da, Bakı vaxtı ilə saat 09:30-da Qazaxıstan yığmasına qarşı keçirəcək.

 

Qeyd edək ki, bundan əvvəl millimiz İran yığması ilə 3:3 hesablı bərabərə qalmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?