Modern.az

Mingəçevirdə 6 nəfər birləşib çörəkçini xəstəxanalıq etdi

Mingəçevirdə 6 nəfər birləşib çörəkçini xəstəxanalıq etdi

5 Dekabr 2017, 16:33

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə dekabrın 1-də Mingəçevir Mərkəzi xəstəxanasından şəhər sakini Elşən Əliyevin müxtəlif bədən xəsarətləri ilə daxil olması barədə ŞPŞ-yə məlumat verilib. Polis əməkdaşları araşdırmalar apararkən  E.Əliyev izahatında özünə məxsus çörək sexinin qarşısında dayanarkən bir qrup şəxsin hücumuna məruz qaldığını, nəticədə  xuliqanlıq zəminində döyüldüyünü bildirib.

Məlumatın yoxlanması məqsədi ilə polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində fakt öz təsdiqini tapıb və hadisəni törədənlərin şəhər sakinləri Emin və Elmir Cəfərov qardaşları, Eltac Mahmudov, Müğdət Səmədli, Zülfüqar Ramazanov və Tunar Əlizadə olduğu müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?