Modern.az

Beyləqan şəhərinin mərkəzində top mərmisi tapılıb

Beyləqan şəhərinin mərkəzində top mərmisi tapılıb

5 Dekabr 2017, 18:37

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan şəhəri ərazisində su kanalında 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.                                                                                                                                                                  

 

ANAMA-dan Modern.az-a  bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 5-ci məhəllədə su kanalına baxış keçirilib, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar edilərək, zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?