Modern.az

Elmar Məmmədyarov Avstriyada Nalbandyanla görüşəcək

Elmar Məmmədyarov Avstriyada Nalbandyanla görüşəcək

5 Dekabr 2017, 20:29

Xarici işlər naziri Elmar Məmmədyarov Vyanaya işgüzar səfərə yola düşüb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində Elmar Mammadyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri ilə görüşəcək. Nazir, həmçinin, 7-8  dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının  24-cü iclasında iştirak edəcəkdir.

 

ATƏT-in Nazirlər Şurasının iclasında nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI