Modern.az

Bakı Sağlamlıq Mərkəzi büdcədən maliyyələşəcək

Bakı Sağlamlıq Mərkəzi büdcədən maliyyələşəcək

9 Dekabr 2017, 00:13

Nazirlər Kabineti Səhiyyə Nazirliyinin tabeliyində Bakı Sağlamlıq Mərkəzinin maliyyələşdirilməsi haqqında qərar qəbul edib. Modern.az  "Report"a istinadən  xəbər verir ki, qərarı baş nazir Artur Rasizadə imzalayıb.

 

Qərara əsasən Səhiyyə Nazirliyinin tabeliyində Bakı Sağlamlıq Mərkəzinin saxlanılması xərcləri 2018-ci ildən etibarən Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulacaq. Maliyyə və Səhiyyə nazirliklərinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Qərar gələn ilin 1 yanvarından qüvvəyə minəcək.

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?