Modern.az

“İçərişəhər” İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarıldı

“İçərişəhər” İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarıldı

9 Dekabr 2017, 10:05

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarılıb.

 

Bununla bağı “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” qərarda dəyişikliklər edilib.

 

Dəyişikliklərə əsasən, bu qərarın 1-3-cü hissələrində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısında yazılmış “Nazirlər Kabineti yanında” sözləri çıxarılıb.

 

Bununla yanaşı, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”yə dəyişiklik edilib. Bu dəyişikliyiə əsasən də «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısındakı “Nazirlər Kabineti yanında” sözləri çıxarılıb.

 

Qoruq əvvəllər olduğu kimi yenə də İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən idarə ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi