Modern.az

Narkotik satan həbs olundu

Narkotik satan həbs olundu

9 Dekabr 2017, 12:08

Narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Quliyev polislər tərəfindən saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsində onun üzərinə baxış zamanı narkotik maddə hesab edilən heroin aşkar olunaraq götürülüb.

 

Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış zamanı əlavə olaraq ayrı-ayrı yerlərdə qablaşdıraraq gizlətdiyi narkotik vasitə heroin və qurdulmuş marixuana aşkar edilib.

 

Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisinin 150 qram heroin və 7 qram qurudulmuş marixuana olması barədə rəy verilib.

 

Faktla bağlı Sabunçu RPİ-nin  İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi