Modern.az

DİN məlumat yaydı - 1 gündə 7 kilo narkotik dövriyyədən çıxarılıb

DİN məlumat yaydı - 1 gündə 7 kilo narkotik dövriyyədən çıxarılıb

9 Dekabr 2017, 14:17

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu tədbirlər həyata keçirilib və nəticədə 7 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Əldə edilən məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Babayevin yaşadığı evə baxış keçirilib və oradan ümumi çəkisi 5 kiloqram 62 qram olan marixuana aşkar edilərək götürülüb.

 

Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Füzuli rayon sakini Əfsər Suanverdiyevdən 1 kiloqram 610 qram marixuana aşkar edilərək götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər