Modern.az

Polis ata ilə oğulu bıçaqlayan şəxsi YAXALADI

Polis ata ilə oğulu bıçaqlayan şəxsi YAXALADI

9 Dekabr 2017, 17:13

Dekabrın 7-də Mingəçevir Mərkəzi xəstəxanasından şəhər sakinləri ata və oğlu- Elçin və Elmir Qəmbərovların kəsici-deşici alətlə yetirilməyə xas olan bədən xəsarətləri ilə xəstəxanaya  daxil olması barədə polisə məlumat verilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Aparılan araşdırmlarla həmin şəxsin şəhər sakini Ramin Qənbərov olduğu müəyyən edilib.

 

Onun üzərinə baxış keçirilərkən hadisəni törədərkən istifadə etdiyi bıçaq da maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Mingəçevir ŞPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər