Modern.az

Şəkidə ağır qəza: 4 ölü, 4 yaralı - Yenilənib

Şəkidə ağır qəza: 4 ölü, 4 yaralı - Yenilənib

9 Dekabr 2017, 23:19

Şəkidə baş verən ağır yol qəzasında yaralananlardan biri Rusiya vətəndaşıdır. Modern.az xəbər verir ki, Şəki Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 1963-cü ildə Yevlax rayonunda doğulan İsa Hilal oğlu Abbasovdur. H.Abbasov Rusiya Federasiyasının Primorski diyarında qeydiyyatdadır və o, Rusiya vətəndaşıdır. 

 

20:45

 

Şəkidə 4 nəfərin ölümü, 4-nün yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində  baş verib.  Hələki  sürücülərinin şəxsiyyəti dəqiqləşməyən “Mersedes” və “Passat” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Ölənlərdən ikisi hadisə yerində, ikisi isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında (ŞMX) keçinib.

 

Yaralılardan 3 nəfəri Mingəçevir ŞMX-a, bir nəfər  isə Şəki MRX-a aparılıb.

 

Şəki MRX-dan bildirilib ki, yaralının müayinəsi aparılır, vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər