Yanğın bir ailəni evsiz qoydu. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin bir otağında çarpayı, 4 m² sahədə döşəmə və məişət tullantıları yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.