Modern.az

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ!

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ!

12 Dekabr 2017, 12:29

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 17 dekabr 2017-ci il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

Bu haqda Modern.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

 

Buraxılış vərəqəsini çap etmək üçün //eservices.dim.gov.az/brxvdq/ linkinə daxil olmaq lazımdır.

 

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər