Dekabrın 11-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəminində ov tüfəngindən açdığı atəşlə gəlini Aysel Məmmədovanı qətlə yetirib.
DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları profilaktik tədbirlər nəticəsində S.Məmmədov könüllü .əkildə Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə gələrək, istintaqa təslim olub.
Hadisəni törədərkən S.Məmmədovun istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi hadisə yerindən götürülüb.
Araşdırma aparılır.
Məlumatlara görə, qayınata gəlinini oğluna xəyanət etdiyinə görə güllələyib.