Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.
Bu haqda Modern.az-a SOCAR-dan məlumat verilib.
Məlumata görə, nəticədə Anar Əsgərov Azər Xalıqova bıcaqla xəsarət yetirib. A.Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.