2007 ci il təvəllüdlü İlhamə Nağızadə anadangəlmə talassemiya xəstəsidir.
Modern.az xəbər verir ki, illərlə əziyyət çəkən balaca 2016 cı ildə Xeyirxah insanların köməyi ilə Almaniyada sümük iliyi transplantasiyası olunub.
Lakin əməliyyat sonrası bir çox risklər və orqanların yeni iliklə immunolojı savaşı ( gvhd) yaranıb. Bu yaranmış risklərin və baş qaldıran virusların qarşısını almaq üçün balaca İlhama artıq kimyaterapiyaya ve ağır müalicəyə başlayıb . Müalicənin çox mühüm etapı olan reabillitasiya prosesi üçün ailənin maddi dəstəyə ehtiyacı var.
Əməliyyatdan sonra yaranmış risklərin bitməsi və körpənin canının bu əzablardan qurtulması üçün bu müalicə çox vacibdir.
İlhamə çətinliklərin çoxunu arxada qoyub qarşıda onu böyük uğurlar və işıqlı yol gözləyir. Lap azca qalıb normal həyat sürməsinə ... Onun üçün atılan hər addım balaca İlhaməni uğura bir az da yaxınlaşdıracaq.
Təqdim edəcəyimiz fotoda bank hesabının nömrəsi var.