Modern.az

Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq müzakirə olundu

Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq müzakirə olundu

12 Dekabr 2017, 18:39

Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, plenar iclasdan əvvəl iştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

İki gün davam edəcək iclasda tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirəcək və 2018-ci il üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

 

Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər