Modern.az

“Biz erkən evliliyə yox deyirik!”

“Biz erkən evliliyə yox deyirik!”

Aktual

1 Dekabr 2017, 14:06

“Gənclərin Təşəbbüsün və İnkişafına dəstək ” İctimai birliyi Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Gənclər  Fondunun maliyyə dəstəyi ilə “Biz erkən evliliyə yox deyirik! ” adlı layihəsi çərçivəsində yekun tədbirini 01 dekabr  tarixində Sabirabad rayonun, Qaragüney kəndinin orta məktəbində həyata keçirib.

 

Layihənin əsas məqsədi son dövrlər artan erkən nigah  və məişət zorakılığın aradan qaldırılması üçün ona qarşı mübarizənin təşkil edilməsi, erkən nikaha cəlb edilən və zorakılığa məruz qalan qadınlara sosial, psixoloji və  hüquqi yardımların göstərilməsi istiqamətində gənclərin təşəbbüslərin gücləndirilməsi olub. Tədbirdə BMT-nin  Uşaq  Fondunun  (UNİSEF)  Azərbaycandakı  nümayəndəliyinin  yuvenal  ədliyyə  proqramının  Aran zonası üzrə koordinatoru  Yusif Poladov,  Qaragüney kənd 1 saylı orta məktəbin direktoru Intizar Nərimanova, erkən evliliyin yaratdığı  problemlərdən gənclərə bəhs ediblər. Tədbirin təlimçisi Zöhrə Rəhimova erkən nikah və onun yaratdığı problemləri ictimaiyyətin diqqətinə çatdıraraq, bu sahədə məsuliyyəti artırmaq və yerli icmaları bu problemi yaradan səbəblərin aradan qaldırılmasına səfərbər olunmağa dəvət etdi.

 

Tədbirdə müəllim və tələbələrlə yanaşı, orta məktəb şagirdləri, cəmiyyətin fəal qadınları da iştirak edib. Şagirdlərə erkən evliliyin uğursuz nəticələri haqqında danışılıb. Həmçinin, cəmiyyətdə bu cür nikah münasibətinə meyilliliyin artması məsələləri müzakirə olunub, bunun qarşısının alınması ilə bağlı tez-tez maarifləndirmə işlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?