Azərbaycan Cümhuriyyətinin 100 illiyinə töhfə olaraq tədqiqatçı Teyyub Qurbanın Cümhuriyyət dövründə xarici ölkələrə təhsil almağa göndərilən tələbərin taleyindən bəhs edən, maraqlı faktlarla zəngin “Yüz tələbə yüz tale” kitabının çapı ilə əlaqədar olaraq sosial yardım aksiyasını keçirilir.
Modern.az xəbər verir ki, oxucular 20 AZN ödəyərək bu kitabdan əvvəlcədən bir ədəd əldə etməklə yanaşı, həm də bu kitabın çapına yardım etmiş olacaqlar.
Bunun üçün isə abunə yazılmaq və kitabdan müəyyən nüsxə sifariş etmək lazımdır. Qeyd edək ki, həmin kitabda Cümhuriyyətlə bağlı xeyli dəyərli faktlar ilk dəfə olaraq işıqlandırılacaq.
E.Nihad