Modern.az

Bakı Ali Neft MəktəbiCİSCO ilə əməkdaşlığı genişləndirir

Bakı Ali Neft MəktəbiCİSCO ilə əməkdaşlığı genişləndirir

15 Dekabr 2017, 10:57

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov CİSCO şirkətinin Azərbaycan üzrə meneceri Şərif Şıxlinski və şirkətin MDB ölkələri üzrə şəbəkə akademiyasının proqram meneceri Alyona Domotenko ilə görüşüb.

 

Görüşdə rektor qonaqlara Ali Məktəb haqqında məlumat verərək burada təhsil alan tələbələrin İnformasiya Texnologiyaları (İT) üzrə yüksək  nəzəri və praktiki biliklərə malik olduqlarını vurğulayıb.

 

Rektor BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının Azərbaycanda yüksək İT təfəkkürə malik ən istedadlı tələbələlər yetişdirdiyini və bu gün həmin tələbələrə şirkətlər tərəfindən böyük ehtiyac duyulduğunu bildirib.

 

Şirkətin Azərbaycan üzrə meneceri Şərif Şıxlinski CİSCO-nuninformasiya texnologiyaları sahəsində dünya lideri olduğunu və şirkətlərə gələcəyin imkanlarından faydalanmağa kömək etdiyini vurğulayıb. Xanım Alyona Domotenko isə  CİSCO-nun ümumi və təhsil ocaqları ilə faəliyyət istiqamətindən danışıb, eləcə də şirkətin Şəbəkə akademiyası (Networking Academy)haqda məlumat verib. 

 

Görüşdə tərəflər birgə əməkdaşlığın mümkün istiqamətləri haqda müzakirələr aparıb və razılığa gəliblər.

 

Müzakirələrin nəticəsi olaraq BANM-ın yeni kampusunda Ali Məktəbin tələbələri, eləcə də digər universitetlərin tələbələrinin yararlana biləcəyi CİSCO Şəbəkə akademiyasının yaradılması və bu mərkəzdə CİSCO –nun mütəxəssisləri tərəfindən təlimlərin aparılması, müxtəlif layihələrin həyata keçirilməsi qərara alınıb.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər