Bakı-Sumqayıt yolunda kafedə yanğın başlayıb.
Trend-in məlumatına görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki "Pəhləvanlar" kafesində baş verib.
Hadisə yerinə FHN-in bir neçə yanğınsöndürən briqadası cəlb edilib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması məlum deyil.