Modern.az

Bakıdakı özəl klinada daha bir ÖLÜM

Bakıdakı özəl klinada daha bir ÖLÜM

19 Dekabr 2017, 10:58

Bakıda daha bir klinikada ölüm olub.

 

Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə “Grand Hospital”da qeydə alınıb. Ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Qasımov Nurağa Hüseynağa oğlu əməliyyatdan sonra dünyasını dəyişib.

 

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bir müddət öncə - dekabrın əvvəlində sözügedən klinikada 20 yaşlı qız da əməliyyat zamanı komaya düşərək vəfat etmişdi.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər