Modern.az

Yeni telekanal açmaq istəyən iddiaçılar kimdir...  

Yeni telekanal açmaq istəyən iddiaçılar kimdir...   

19 Dekabr 2017, 14:38

Milli Televiziya və Radio Şurası tərəfindən ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən  16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqə başa çatıb.  Qeyd olunan müddətdə 3 iddiaçı – “BAKU ART LAB” MMC,  “Türkel TV” MMC, “MEDİA MASTER” MMC müsabiqəyə sənədlərini təqdim edib.

Milli Telelviziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyev Modern.az-a açıqlamasında müraciət edən 3 iddiaçıdan danışıb.

“Hazırda elan etdiyimiz yeni televiziya açılması məsələsi üzərində  iş davam etdirilir. 3 iddiaçı-“BAKU ART LAB” MMC,  “Türkel TV” MMC, “MEDİA MASTER” MMC-nin televiziya kanalı kimi fəaliyyət göstərməsi ilə bağlı araşdırma aparırıq. Bunlardan hansının  televiziya kanalı kimi fəaliyyət göstərə biləcəyi tam olaraq öyrənilir. Hətta, ola bilər ki, bunlar da olmasın. Sadəcə onu deyə bilərəm ki, əgər 3 iddiaçı özlərində cəsarət tapıb muraciət edə biliblərsə, deməli, heç də onların işinə sıradan yanaşmaq olmaz. Yekun nəticə bəlli olanda bütün suallarınıza cavab tapa biləcəksiz”

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər