Modern.az

Bərdədə ana ölümü - səbəb açıqlandı

Bərdədə ana ölümü - səbəb açıqlandı

19 Dekabr 2017, 15:01

Bərdə rayon Doğum Evində baş verən ana ölümünün səbəbi açıqlanıb.

Bərdə rayon Doğum Evinin müdiri Tünzalə Quliyeva Trend-ə bildirib ki, Bərdə rayon Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Könül Əliyeva qanlı ifrazat və son gəlişlə xəstəxanaya daxil olub. Xəstədə qanlı ifrazat olduğundan onun təcili qeysəriyyə əməliyyatı edilməsi zərurəti yaranıb. Əməliyyat zamanı qadında dölyanı maye embaliyası baş verib. Bu səbəbdən də K.Əliyeva dünyasını dəyişib.

 

Bildirilib ki, bu, qadının ilk hamləliyi olub.

Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində 17 ana ölümü faktı qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər