Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında sazişin imzalanması istiqamətində iş davam etdirilir.
Bunun Azərbaycan üçün əhəmiyyəti nə olacaq?
Milli Məclisin deputatı Asim Mollazadə Modern.az-a açıqlamasında imzalanacaq sazişin əhəmiyyətini şərh edib.
“Azərbaycanla Avropa Birliyi arasında tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Avropa Birliyi ilə enerji sahəsində tərəfdaşlıq sazişi imzalayıb və gələcəkdə Azərbaycanın qaz kəməri 2020-ci il üçün artıq Avropanın enerji təhlükəsizliyini təmin edən amil olacaq. Bununla yanaşı, Azərbaycan Avropa Birliyi ilə humanitar, iqtisadi sahədə çox ciddi əməkdaşlıq edir. Avropa Birliyi ticarət dövriyyəsində Azərbaycanın ən böyük tərəfdaşlarından biridir. Bu sazişin imzalanmasına böyük ehtiyac var. Hazırda bu sazişin üzərində iş gedir. Ümidvaram ki, yaxın müddətdə danışıqlar bitəndən sonra müvafiq saziş imzalanacaq”.