Modern.az

DTX Mədəniyyət Mərkəzinin əməkdaşlarına fəxri ad verilib

DTX Mədəniyyət Mərkəzinin əməkdaşlarına fəxri ad verilib

19 Dekabr 2017, 18:39

Prezident İlham Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilsin:

Hüseynova Elmira Bahadur qızı
Əsədova Nailə Əsəd qızı
İsmayılov Zakir Xeyrulla oğlu

 

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Kərimova Elnurə Camal qızı
Tağıyeva Leyla Əliyevna

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər