Modern.az

BMT Təhlükəsizlik Şurasının 15 üzvünün 14-ü ABŞ-a qarşı: Vaşinqton Qüds məsələsində təkləndi

BMT Təhlükəsizlik Şurasının 15 üzvünün 14-ü ABŞ-a qarşı: Vaşinqton Qüds məsələsində təkləndi

19 Dekabr 2017, 21:49

BMT Təhlükəsizlik Şurasında müzakirələr Qüdslə bağlı ABŞ siyasətinin yalnış olduğunu bir daha ortaya qoydu. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Qüdsün İsrailin paytaxtı olması ilə bağlı qərar ABŞ prezidenti Donald Trampın xarici siyasətinin süqutu oldu. Belə ki,  qərarın ləğvi üçün BMT Təhlükəsizlik Şurasına Misir tərəfindən təqdim edilən qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsində ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanımasının BMT-nin qərarlarına zidd olduğu öz əksini tapıb.

 

ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Heyli Misirin təqdim etdiyi qanun layihəsinin əleyhinə səs verdi. Lakin bu, səsvermədə yeganə veto oldu. BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü qanun layihəsinin lehinə səs verdi. Amerikanın müttəfiqləri sayılan İngiltərə, Fransa, İtaliya, Yaponiya və Ukrayna qanun layihəsinin lehinə səs verib. Bununla da Qüds məsələsində ABŞ növbəti dəfə tək qaldı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər