Modern.az

13 kiloqramlıq böyrəyi olan insan - Video

13 kiloqramlıq böyrəyi olan insan - Video

19 Dekabr 2017, 23:54

52 yaşlı Rövşən Abbasov ən böyük böyrəyə sahibdir. Onun böyrəklərinin ümumi çəkisinin 12 kiloqramdan çoxdur. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Goranboyun Veyisli kəndində məskunlaşan əslən Kəlbəcərdən olan Rövşən Abbasov 3 ildən artıqdır ki, böyrək xəstəliyindən əziyyət çəkib. Ancaq buna baxmayaraq, özü də böyrəklərinin bu qədər böyük olmasından bixəbər olub. Həkimə müraciətdən sonra onda belə bir problemin olduğu müəyyənləşib.

 

Rövşən Abbasov bildirib ki, əvvəllər ağrıları çox olsa da, amma böyrəklərinin çəkisi normal olub. Daha sonra xəstəliyi səbəbi ilə böyrəklərinin çəkisi artıb. Vəziyyəti hər keçən gün daha da şiddətlənib, hətta komaya da düşüb.

 

Daha sonra həkimə əməliyyat üçün müraciət zamanı böyrəklərindən birinin 6 kiloqram 300 qram digərinin isə 6 kiloqram 500 qram olduğunu bilib. Əməliyyat aparılaraq böyrəkləri çıxarılıb. Hal-hazırda iki böyrəyi də olmayan Rövşən Abbasov dializə gedir və yaxın zamanlarda ona yeni böyrək köçürüləcək.

 

Qeyd edək ki, Ginnesin rekordlar kitabında ən böyük böyrəyin birlikdə çəkisi 7 kiloqram olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər