Modern.az

Əhliman Əmiraslanov şikayətləri dinlədi

Əhliman Əmiraslanov şikayətləri dinlədi

Aktual

20 Dekabr 2017, 16:10

Bu gün Milli Məclisin Səhiyyə Komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş Əhliman  Əmiraslanov  Milli Məclisdə vətəndaşları növbəti dəfə qəbul edib.

Qəbulda  səhhətindəki müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən  insanlarla yanaşı, Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilər də iştirak edib.

 

Qəbulda müxtəlif xəstəliklərin müalicəsi,  ağır cərrahi əməliyyatlar, süni mayalanma və orqan köçürülməsi ilə bağlı müraciətlər olub.

 

Seçicilər isə, əsasən sosial problemlər,  işlə təmin olunma ilə bağlı şikayətlərini deputata çatdırıblar. Əhliman Əmiraslanov bütün müraciətləri ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirdi.

 

Bununla yanaşı  bəzi problemlərin aradan qaldırılması məqsədilə vətəndaşlardan  sənədlər qəbul edilərək müvafiq orqanlara müraciətlərin hazırlanması  üçün göstərişlər verildi.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər