Modern.az

Müəllif Hüquqları Agentliyinin xidməti maşınları geri alınmayıb, limit ləğv edilib

Müəllif Hüquqları Agentliyinin xidməti maşınları geri alınmayıb, limit ləğv edilib

21 Dekabr 2017, 10:59

Müəllif Hüquqları Agentliyinin xidməti avtomobillərinin geri alınacağı barədə medianın yaydığı xəbər yanlışdır.

Bu barədə Modern.az-a Agentliyin Hüquq və qeydiyyat sektorundan bildirilib. Qeyd edilib ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarda dəyişiklik edilib. 
 

Həmin qərarla minik avtomobillərinin say həddi (limiti) ləğv edilib.


“Bu dəyişiklik, təkcə Müəllif Hüquqları Agentliyinə deyil, bütün publik hüquqi şəxs statusu verilən dövlət qurumlarına aiddir”,-deyə Agentlikdən bildirilib.


Xatırladaq ki, ölkə başçısının 6 sentyabr 2017-ci il tarixli 1593 nömrəli Fərmanı ilə Müəllif Hüquqları Agentliyi publik hüquqi şəxsə çevrilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər