Modern.az

“ASAN Viza” ilə çoxdəfəlik elektron vizalar veriləcək  

“ASAN Viza” ilə çoxdəfəlik elektron vizalar veriləcək   

21 Dekabr 2017, 11:01

“ASAN Viza” sistemi vasitəsilə çoxdəfəlik elektron vizaların verilməsi təklif edilir.

 

Modern.az-ın məlumatına  görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi daxil olub.

 

Məcəllənin qüvvədən olan 38-ci (Elektron vizalar) maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Bəndə edilən əlavəyə əsasən, çoxdəfəlik vizada 90 gün müəyyən edilir.

Layihədə bildirilib ki, Miqrasiya Məcəlləsinin 38-ci mçaddəsi ölkəyə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “ASAN Viza” sistemi vasitəsilə elektron viza alma imkanı verir.

 

Məcəllənin hazırki tələbinə görə elektron qaydada viza birdəfəlik verilir və ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.

 

Mövcud məcəlləyə görə viza əsasında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Hazərki layihəyə görə “ASAN Viza” sistemi vasitəsilə çoxdəfəlik elektron vizaların verilməsi təklif olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər