Modern.az

Filippində 90 nəfər torpaq altında qalaraq can verib

Filippində 90 nəfər torpaq altında qalaraq can verib

23 Dekabr 2017, 10:18

Sakit Okeanınla sərhəddə yerləşən  ada ölkəsi Filippində tropik Tempin tufanı təxminən 90 insanın ölümünə səbəb olub. Mindanao adasında baş verən  tayfun qasırğası torpaq sürüşməsinə yol açıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, tayfun nəticəsində Tubod qəsəbəsində bir çox kənd demək olar ki, yoxa çıxıb. Şiddətli yağış və fırtınanın nəticəsində bölgədə onlarla insan itkin düşüb, ölənlərin sayının çoxalacağı gözlənilir. 

 

Fəlakət səbəbindən minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

 

Xatırladaq ki, Filippində keçən həftə baş verən  Urduja fırtınası 40-dan çox adamın ölümünə səbəb olmuşdu.

 

Əbülfəz Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər