Modern.az

Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası təxirə düşdü

Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası təxirə düşdü

23 Dekabr 2017, 11:31

Azərbaycan-İran iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının on ikinci iclası 2018-ci il yanvarın ortalarına qədər təxirə salınıb.

 

Bu barədə Modern.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

 

Həmin iclasın bu il dekabrın 25-də İranın Astara şəhərində keçirilməsi nəzərdə tutulurdu.

 

Bundan başqa, Astara (Azərbaycan) – Astara (İran) dəmir yolunun və yük terminalının açılış mərasimi də 2018-c ilədək təxirə salınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi