Hesablama Palatası dövlət sirri hesab edilən və kommersiya sirrini təşkil edən məlumatları əldə edə biləcək.
Modern.az-ın məlumatına görə, bu barədə “Hesablama Palatası haqqında” yeni qanun layihəsində qeyd edilib.
Belə ki, yeni qanun layihəsinin 8-ci maddəsinin ( Hesablama Palatasının hüquqları) 8.0.7-ci bəndində göstərilib ki, dövlət sirri hesab edilən və kommersiya sirrini təşkil edən məlumatları əldə edir.
Qeyd edək ki, Milli Məclis dekabrın 15-də keçirdiyi iclasda qanun layihəsini I oxunuşda təsdiq edib.