Bu gün Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 500 m2 olan tövlənin dam örtüyü 400 m2 sahədə və tövlənin içərisinə yığılmış 400 kq ot bağlaması yanıb.
Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tövlədə olan 2 baş iri buynuzlu heyvan tələf olub.
Tövlənin qalan hissəsi, bitişik tövlə və ot tayası yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.