Gürcüstanda yaşayan azərbaycanlı gənclər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə mahnı həsr edərək klip çəkiblər.
Modern.az xəbər verir ki, klipdə Azərbaycan -Gürcüstan dostluğu, əməkdaşlığını əks etdirən kadrlar nümayiş olunur. Maxnının sözlərində isə, Azərbaycan prezidentinin tapşırığı ilə Gürcüstanda keçirilən bir çox layihələrin gənclərə dəstəyi vurğulanır.
İdea müəlifi olan Afiq Novruzov - NATO adı ilə tanınan repçi vurğulayıb ki, Gürcüstan və Azərbaycan dostluğu əsrlər boyu davam edir. Burada yaşayan azərbaycanlıların və gəncərə dəstək olaraq bir çox layihələr həyata keçirir, bu isə bkr başa Prezident İlham Əliyevin tapşırığılədir. Gürcüstanda yaşayan azərbaycanlı gənclər adından istədik prezidentin ad gününə özəl olaraq arzu etdik təşəkkürümüzü bu şəkildə bildirək.
Qeyd edək ki, mahnının sözləri Novruzov Afiq (NATO) tərəfindən yazılıb, ifa edən müəllifin özü və Gürcüstanda sevilən Anar Əsgərovdur. Klipin rejissoru Vüqar Əliyevdir.