Modern.az

BMT Baş Assambleyasının ikiillik büdcəsi təsdiqləndi

BMT Baş Assambleyasının ikiillik büdcəsi təsdiqləndi

Aktual

24 Dekabr 2017, 23:16

BMT Baş Assambleyası bu gün ümumdünya təşkilatının 2018-2019-cu illər üçün büdcəsini təsdiq edib. Modern.az xəbər verir ki, təsdiq olunan budcə 5,39 milyard dollar təşkil edir. Bu göstərici əvvəlki ikiillik büdcə ilə müqaisədə 166 milyon dollar azdır.

 

Büdcənin layihəsi Baş Assambleyanın 5-ci komitəsi tərəfindən hazırlanıb.

 

Büdcənin azaldılmasının əsas tərəfdarı ABŞ olub - ştatlar büdcəni 250 milyon dollar azaltmaq istəyib. ABŞ BMT-nin Fələstində, Liviya və Əfqanıstanda missiyalarını azaltmağı, təşkilatın bəzi inkişaf proqramlarında, yeni işçilərin işə götürülməsində, həmçinin personalın maaşlarında qənaət etməyi təklif edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər